Evin qarajında nüvə raketi

ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi ianə təklifi barədə məlumat vermək üçün Bellevue şəhər polisinə zəng etdikdən sonra tədbir görülüb

2097114
Evin qarajında nüvə raketi

 

  ABŞ-da polis evin qarajında ​​köhnə nüvə raketi tapıb.

  BBC xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi ianə təklifi barədə məlumat vermək üçün Bellevue şəhər polisinə zəng etdikdən sonra tədbir görülüb.

  Raketi muzeyə hədiyyə etmək istəyən şəxsin evinə bomba qrupu göndərən polis boş vəziyyətdə olan raketin nüvə raketi olduğunu bildirib.

  Polis tapılan cihazın əvvəllər “MB-1” kimi tanınan 2Douglas AİR-2 Genie” tipli nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş idarə olunmayan havadan havaya raket olduğunu müəyyən edib.

  Raket heç bir döyüş başlığı olmadığı üçün təhlükə yaratmayıb.

  Sahibi polisə bildirib ki, raketi mərhum qonşusundan alıb.

  “Seattle Times”a görə, raket Soyuq Müharibə dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib.

  Qeyd edək ki, ilk və yeganə atışı 1957-ci ildə olmuş bu raketin istehsalı 1962-ci ildə sonlandırılıb.



Әlaqәli Xәbәrlәr