2022-ci ildə təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulub
2022-ci ildə dünyada xərçəng xəstəliyinə təxminən 20 milyon yeni yoluxma faktının qeydə alındığı, 9,7 milyon insanın isə bu xəstəlikdən öldüyü bildirilib.
![2022-ci ildə təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulub](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/6214/8c98/9cd2/612892fe2267a.jpg?time=1722046203)
2022-ci ildə dünyada xərçəng xəstəliyinə təxminən 20 milyon yeni yoluxma faktının qeydə alındığı, 9,7 milyon insanın isə bu xəstəlikdən öldüyü bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı hesabat yayımlayıb.
Hesabatda 2022-ci ildə dünyada xərçəng xəstəliyinə təxminən 20 milyon yeni yoluxma faktının qeydə alındığı, 9,7 milyon insanın isə bu xəstəlikdən öldüyü bildirilib
Hesabatda xərçəng diaqnozu qoyulan və 5 il sağ qalanların təxmini sayının 2022-ci ildə 53,5 milyon olduğu qeyd olunub.
Hesabatda 2050-ci ildə 35 milyondan çox insana xərçəng diaqnozu qoyulacağı bildirilib.
Qlobal xərçəng yükünün sürətlə artdığı qeyd edilən hesabatda tütün, alkoqol və piylənmənin xərçəng hadisələrinin arxasında dayanan əsas amillər olduğu, havanın çirklənməsinin isə “ekoloji risk” faktorlarından biri olduğu xatırladılıb.
Әlaqәli Xәbәrlәr
![16 böcək növü qida üçün təsdiq edildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/9acf/eed3/4523/668be0220b246.jpg?time=1722046203)
16 böcək növü qida üçün təsdiq edildi
Ölkədəki restoranlar öz menyularına 16 həşərat növünün hamısını əlavə edə biləcəklər