Avropada yay mövsümündə təsirli olan isti hava şəraitindən ölənlərin sayı

Avropada yay mövsümündə təsirli olan isti hava şəraitindən ən az 15 min insan həyatını itirib.

1903600
Avropada yay mövsümündə təsirli olan isti hava şəraitindən ölənlərin sayı

Avropada yay mövsümündə təsirli olan isti hava şəraitindən ən az 15 min insan həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluqe Avropada isti hava dalğaları ilə bağlı statistikanı paylaşıb.

Hans Kluqe “Ölkələrin paylaşdığı məlumatlara görə, 2022-ci ildə isti havalar səbəbindən ən azı 15 min insan həyatını itirib” deyib.

İspaniyada isti hava şəraitinin təxminən 4 min insanın ölümünə səbəb olduğunu bildirən Kluqe eyni səbəbdən Portuqaliyada 1000, İngiltərədə 3 min 200, Almaniyada isə 4 min 500 adamın həyatını itirdiyini qeyd edib.

Kluge xəbərdarlıq edib ki, təsirli tədbirlər görülməsə, isti hava şəraiti və həddindən artıq isti hava gələcək illərdə daha çox ölümə səbəb olacaq.



Әlaqәli Xәbәrlәr