2022-ci ilin ən zəngin adamları kimlər oldu?

ABŞ-ın biznes jurnalı “Forbes” tərəfindən 41-ci dəfə açıqlanan Amerika Birləşmiş Ştatlarının 400 ən zəngin iş adamı siyahısına görə...

1885890
2022-ci ilin ən zəngin adamları kimlər oldu?

 

  “Tesla” və “SpaceX” texnologiya şirkətlərinin baş direktoru İlon Mask (Elon Musk) ilk dəfə “Forbes 400” reytinqində birinci oldu.

  ABŞ-ın biznes jurnalı “Forbes” tərəfindən 41-ci dəfə açıqlanan Amerika Birləşmiş Ştatlarının 400 ən zəngin iş adamı siyahısına görə, İlon Mask bu il sərvətini keçən illə müqayisədə 60 milyard dollardan çox artıraraq birinci yeri tutub. Bununla 2022-ci ildə ardıcıl 4 dəfə birinci yerdə olan “Amazon”un əvvəlki baş direktoru Ceff Bezos (Jeff Bezos) avtomatik ikinci yerə düşüb.

  ABŞ-ın ən zəngin iş adamı olan İlon Mask birinciliyə görə “Tesla” səhmlərinin 11 faiz artmasına borclu olduğu bildirilib.

  “Amazon” isə səhmlərində 27 faiz itirib.

  Proqram təminatı istehsalçısı və investoru Bill Qeyts (Bill Gates) siyahının 3-cüsüdür.

  “Facebook”un qurucusu Mark Zukerberq (Mark Zuckerberg) 2021-ci ildə siyahıda 3-cü olsa da, 2022-ci ildə 11-ci olub, yəni ilk 10-luğa belə daxil ola bilməyib. 2021-ci ilin sentyabrından bu yana sərvətinin yarısından çoxunu –  76,8 milyard dollar itirən M.Zukerberq həm də 2022-ci ildə ən çox pul itirən “Forbes”in 400 ən varlı adamı arasında idi.



Әlaqәli Xәbәrlәr