İtaliyada kənd təsərrüfatında çalışanların üçdə biri immiqrantlardır

İtaliyanın Miqrasiya Araşdırma Mərkəzinin (İmmigrazione Dossier Statistico – İDOS) hesabatına əsasən...

1729000
İtaliyada kənd təsərrüfatında çalışanların üçdə biri immiqrantlardır

 

  İtaliyada kənd təsərrüfatı sektorunda çalışanların üçdə birini immiqrantlar təşkil edir.

  Azertac informasiya agentliyinin məlumatına görə, İtaliyanın Miqrasiya Araşdırma Mərkəzinin (İmmigrazione Dossier Statistico – İDOS) hesabatına əsasən, ötən il İtaliyanın kənd təsərrüfatı sektorunda çalışan 900 min nəfərdən 357 min 768-i immiqrantlar olub.

  Müstəqil ekspertlər bu rəqəmin daha çox olduğunu və bəzi immiqrantların qeydiyyata alınmadığını bildirirlər.

  İtaliya Fermerlər Konfederasiyası (Confederazione İtaliana Agricoltori - CİA) isə immiqrantların ölkənin kənd təsərrüfatı sektoru üçün xüsusi əhəmiyyət kəsb etdiyini açıqlayıb. Qeyd olunub ki, hökumət immiqrantların kənd təsərrüfatı sektorunda məşğulluğunun artırılması üçün lazımi islahatları tez bir zamanda həyata keçirməlidir.



Әlaqәli Xәbәrlәr