Dünyanın nəhəng buzdağı əriyir

İngiltərə Müdafiə Nazirliyinə məxsus nəqliyyat təyyarəsi tərəfindən çəkilən görüntülər dünyanın nəhəng buzlağı A68a-nın son 3 ildə 1800 kvadrat kilometr əridiyini göstərir.

1540103
Dünyanın nəhəng buzdağı əriyir

BBC-nin məlumatına görə A400 nəqliyyat təyyarəsi buzdağın qeyri-sabit hərəkətlərini müşahidə etmək üçün ərazidə alçalaraq reallaşdırdığı uçuş nəticəsində aysberqdə və sualtı tunellərdə çoxlu çatlaqlar olduğunu müşahidə edib. Həmin məlumatlar və son həftələrdə əldə edilən peyk şəkilləri A68a-nın kənarlarının güclü dalğa hərəkətləri ilə sürətlə parçalandığını göstərir. Məlumata görə Aysberqdən qopan hissələr dəniz nəqliyyatının təhlükəsizliyi baxımından izlənilməlidir.

Son görüntülərə görə 2017-ci ildə Antarktika buz təbəqəsindən qopduqdan sonra 6.000 kvadrat kilometr olduğu təxmin edilən A68a buzlağı sürətli ərimə nəticəsində 4200 kvadrat kilometr olub.

 



Әlaqәli Xәbәrlәr