Xristian ölkələrində nə qədər müsəlman və məscid var?

Türkiyədə 180 min 854 xristian və təxminən 20 min yəhudi yaşayır

1453513
Xristian ölkələrində nə qədər müsəlman və məscid var?

 

  Türkiyədə 180 min 854 xristian və təxminən 20 min yəhudi yaşayır. Müsəlman olmayanlar əhalinin təxminən 0,4 faizini təşkil edir.

  Türkiyədə aralarında yüzlərlə illik kilsə və sinaqoqların da olduğu 435 ibadətxana var. Bu da 180 min 854 xristian və təxminən 20 min yəhudi üçün hər 461 adama bir ibadətxana düşdüyünü göstərir.

  Avropa, Amerika Birləşmiş Ştatları və digər ölkələrdə isə vəziyyət fərqlidir. Nəzər salaq.

İngiltərə

  İngiltərə Milli Statistik Təşkilatının 2018-ci il məlumatına görə, ölkədə 3 milyon 372 min 966 müsəlman yaşayır. Bu da müsəlmanların 65 milyon 288 min əhalisi olan ölkənin 5,1 faizi deməkdir. Məscidlərlə bağlı araşdırma aparan “MuslimsInBritain.org”un 2017-ci il hesabatına görə,

ölkədə 1975 məscid var, yəni hər 1701 müsəlmana bir məscid düşür. Ancaq bunlardan yalnız 10-u 4 mindən çox müsəlmanı qəbul edə bilir. Həcmi 1000 – 4000 adamlıq məscid sayı isə 181 dənədir. Qalanları 50 - 500 adamlıq məscidlərdir.

Almaniya

  Almaniya Daxili İşlər Nazirliyinin məlumatna görə, ölkədə 5 milyon müsəlman yaşayır. Onlar 83,2 milyon əhalisi olan Almaniyanın 5,7 faizini meydana gətirir.

  Almaniyada 1500-dən çox türklərə aid 2350 məscid var. Ölkədə orta hesabla 2200 müsəlmana bir məscid düşür.

Fransa

  66,9 milyonluq Fransada təxminən 6 milyon müsəlman yaşayır ki, bu da əhalinin 8,9 faizi deməkdir. Ölkədə ümumi məscid sayı təxminən 2500-dür. Bu da o deməkdir ki, bir məscid başına 2400 müsəlman düşür.

Hollandiya

  Hollandiya Statistika Bürosunun 2018-ci il məlumatına görə, ölkədə 864 min 108 müsəlman yaşayır. Bu da 17 milyon 282 minlik əhalinin 5 faizi sayılır. Ölkədə təxminən 500 məscid var. Bu da hər 1728 müsəlmana bir məscidin düşməsi deməkdir.

Amerika Birləşmiş Ştatları

  “Pew Research Center”in ən son 2018-ci il apardığı araşdırmaya görə, ABŞ-da təxminən 3,45 milyon müsəlman yaşayır. 330 milyonluq Birləşmiş Ştatlarda müsəlmanlar ümümi əhalinin 1,1 faizini əmələ gətirir.

  Amerika-İslam Əlaqələri Şurası, Şimali Amerika İslam Cəmiyyəti və Amerika İslam Cəmiyyəti kimi ölkənin ən böyük müsəlman təşkilatlarının hesabatlarına görə, ABŞ-da təxminən 2200 məscid var ki, bu da təxminən hər 1600 müsəlmana bir məscidin düşməsidir. Bu məscidilərin böyük bir əksəriyyəti Nyu York və Kaliforniya kimi metropollardadır.

Rusiya

  146 milyonluq Rusiya Federasiyasında isə təxminən 23 milyon müsəlman yaşayır. Bu da Rusiya əhalisinin 15 faizi deməkdir. Ölkədə 8 min məscid var. Bu hesabla Rusiyada 2875 müsəlmana bir məscid düşür.



Әlaqәli Xәbәrlәr