Sarı qızdırma Nigeriyyada tüğyan etdi, üç həftədə 115 ölü

Qərbi Afrika ölkələrindən Nigeriyanın Katsina əyalətində üç həftədə ərzində sarı qızdırma xəstəliyi səbəbiylə 115 nəfər həyatını itirdi.

1297263
Sarı qızdırma Nigeriyyada tüğyan etdi, üç həftədə 115 ölü

Koqari Xəstəxanasının rəsmisi Maloq Sule İbrahim yerli mətbuata açıqlamasında bildirib ki, Katsina vilayətinin Koqari, Matazu və Unquvar-Sarka ərazilərində sarı qızdırma epidemiyası səbəbiylə 115 adam həyatını itirib.

Adı Şamsu Əhməd olan başqa bir rəsmi isə Kamsari bölgəsində  iki  günlük  tədqiqat nəticəsində 45 nəfərin sarı qızdırma xəstəliyindən əziyyət çəkdiyinin qeydə alındığını, vəziyyəti ağır olan 18-nin bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyini bildirib. O bölgədə epidemiyanın qarşısını almaq üçün həyata keçirilən tədbirlər çərçivəsində yalnız Katsina vilayətində 6 min 729 nəfərə peyvənd vurulduğunu sözlərinə əlavə edib.

Semptomları qızdırma başda olmaqla baş və əzələ ağrısı, ürək bulanması, zəiflik və gözlərdə sarılıq olan xəstəliyə qarşı hökumət 12 sentyabr 2017-ci il tarixindən bəri mübarizə aparır  və tədbirlər çərçivəsində 1.6 milyon nəfərə peyvənd vurmağı planlaşdırır.

 



Әlaqәli Xәbәrlәr