Obezite erkən ölüm riskini 50% artırır

Skynewsun xəbər verir ki, Böyük Britaniyada mütəxəssislər, 2.8 milyon yetkin şəxsin sağlamlıq dərəcəsi və ölüm səbəbinə dair elmi araşdırma aparıb.

1191918
Obezite erkən ölüm riskini 50% artırır

Tədqiqatın nəticələrinə görə bədən kütlə indeksi 40 və 45 olanlarda ölüm riski 50% daha çoxdur.

Çəkiləri sözü gedən indekslərdə olan obezlərdə Tip 2 diabet riski, 12, yuxu apnesi 22, ürək xəstəliyi ehtimalı, yüksək qan təzyiqi və qanda həddindən artıq yağ miqdarı normal insanlara müqayisədə üç dəfə daha çoxdur. Beləcə ölüm riskləri də 50 faiz çoxdur.

Ekspertlər qeyd edirlər ki, bədən kütləsi indeksi 35 ilə 40 arasında olan xəstələrdə Tip 2 diabet riski 9, yuxu apnesi 6, ürək xəstəliyi ehtimalı ən azı iki dəfə çoxdur. Bədən kütlə indeksi 25 ilə 30 arasında olanlarda isə ürək xəstəliyi riski normal çəkidə olanlara müqayisədə 20% yüksəkdir.

Qlasqovda Avropa Obezite Konqresində nəticələri açıqlanan araşdırmaya görə normal qəbul edilən Bədən kütləsi indeksi 18,5 ilə 24,9-dur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya miqyasında piylənmə 1975-ci ildən bəri demək olar ki, üç dəfə artıb.

Qeyd edək ki, dünyada 1,9 milyard yetkin ətli və 650 milyon isə obez var.

 



Әlaqәli Xәbәrlәr