Antalyaya gələn tursitlər daha çox hansı ölkələrdən gəlir?

2019-cu ilin ilk rübündə dünyanın mühüm turistik məkanlarından olan Antalyaya gələn xarici turistlərin sayı əvvəlki ilin eyni dövrülə müqayisədə 25 faiz artaraq 571 min 205 nəfər olub.

1176495
Antalyaya gələn tursitlər daha çox hansı ölkələrdən gəlir?
antalya turistler.jpg

  2019-cu ilin ilk rübündə dünyanın mühüm turistik məkanlarından olan Antalyaya gələn xarici turistlərin sayı əvvəlki ilin eyni dövrülə müqayisədə 25 faiz artaraq 571 min 205 nəfər olub.

  Antalya Havalimanı İdarə Heyətinin məlumatına görə, şəhərə yanvar ayında 139 min 307, fevralda 152 min 801 və martda 279 min 97 xarici turist gəlib. Qonaq sayına görə yanvarda Rusiya birinci, Almaniya ikinci sırada idisə, fevralda Almaniya birinci, Rusiya ikinci olub.

  Ümumiyyətlə isə yanvar və fevral aylarında Almaniyadan gələn turistlərin sayı 50 faiz artıb. Bu dövrdə İngiltərə və Polşadan gələn turistlər də təxminən yarıbayarı çoxalıb.

  Beləliklə, ilin birinci rübündə - yanvar, fevral, mart aylarında Antalyaya gələn turist sayında Almaniya birinci olub. Ondan sonra isə Rusiya, İngiltərə, Polşa və İran gəlir.



Әlaqәli Xәbәrlәr