Çində aparılan sosial təcrübənin Türk qəhrəmanı

Çində aparılan sosial təcrübə zamanı geyiminə görə restorandan qovulan gənci masasına çağırıb yeməyini bölüşən Türk iş adamının nümunəvi davranışı Türk xalqının qonaqpərvərliyinin simvolu oldu.

1088670
Çində aparılan sosial təcrübənin Türk qəhrəmanı

 Çində aparılan sosial təcrübədə küçələrdə yaşayan evsiz imici yaradılan bir gəncin üzərindəki qiyafətə görə restoran işçiləri tərəfindən qovulmasına  reaksiya göstərən 47 yaşlı Murad Telek sosial medianın gündəminə çevrildi.
 
 Gəncin qovulmasına imkan verməyərək, masasına dəvət edib yeməyini bölüşən Telek Anadolu insanının mərhəmət və həmrəylik hissinin hər yerdə təzahür etdiyini göstərdi.
 
 Anadolu Xəbər Agentliyinə verdiyi müsahibədə internetdə yayılan görüntülərdəki sosial təcrübənin 4 il əvvələ aid olduğunu deyən Telek videonun Türkiyədəki nümayişindən  sonra  bir çox insandan ismarış aldığını bildirdi.
 
 Murad Telek restoranda etdiyi hərəkətin insanların çox xoşuna gəldiyini bildirərək bunları söylədi: "Çində insanlar əcnəbilərə qarşı bir az çəkingəndirlər. O üzdən tanımadığım insana belə reaksiya verməyim onların diqqətini çəkdi. Bir əcnəbinin bu şəkildə reaksiya verməsi çinlilərin də çox xoşuna gəlmişdi. Rastlaşdığım insanlar mənə "Türk qardaş", "Türk əmi" kimi sözlər deyərək, o proqramdan tanıdıqlarını ifadə edirlər" dedi.



Әlaqәli Xәbәrlәr