Bosna çayı üzərindəki körpü oğurlandı

Zenitsa şəhərində ağıllara durğunluq verən oğurluq hadisəsi baş verib.

1074926
Bosna çayı üzərindəki körpü oğurlandı

  Bosniya Herseqovinada Bosna çayı üzərindəki 30 metrlik polad körpü oğurlanıb.

  Zenitsa şəhərində ağıllara durğunluq verən oğurluq hadisəsi baş verib.

  Qaz şirkəti “BH-Gas” tərəfindən verilən məlumatda bildirilir:

  “Zenitsa Bələdiyyəsi hüdudlarında aparılan növbəti yoxlamalar zamanı Bosna çayı üzərindəki 30 metrlik polad körpünün oğurlandığı ortaya çıxıb.

  Qaz kəmərinin polad körpülə paralel keçməsi Zenitsadakı sənaye bölgəsinə qaz tədarükünə təhlükə yaradıb.

  21-ci əsrdə kimliyi naməlum adamların 30 metrlik polad körpünün hissələrini 25 bar təzyiq göstərən xətt üzərindən parçalayaraq daşıması, ən yüngül ifadələrlə desək, məsuliyyətsizlik və qanunsuzluqdur”.

  Qeyd edək ki, müharibədən sonra bu körpünün yenidən tikilməsi üçün “BH-Gas” şirkəti böyük investisiyalar qoyub. Məsələni lazımi orqanlara çatdıran şirkət ictimaiyyətə də hadisə ilə bağlı məlumatı olanları onlarla ünsiyyətə keçməyə çağırıb.



Әlaqәli Xәbәrlәr