Türkiyəyə gələn hər 10 turistdən biri Alanyada

Türkiyənin turizm paytaxtı Antalyanın Alanya qəsəbəsi turistlərin çox gəzdiyi məkanların başında gəlir.

1008199
Türkiyəyə gələn hər 10 turistdən biri Alanyada

    Antik dövrlərdən Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinə ev sahibliyi edən Alanya tarixi və təbii gözəlliklərilə hər il milyonlarla turisti özünə çəkir.

  300 min əhalisi olan bölgə Avropa və Rusiyadan gələn turistlərlə ev sahiblərini də keçərək yay aylarında 500 mini keçir.

  2017-ci ildə 3,5 milyon turistin gəldiyi Alanya Türkiyəyə gələn hər 10 turistdən, Antalya bölgəsinə gələn hər 3 istirahət edəndən birini qəbul edir.

  Alanya Turist Kommersantlar Dərnəyinin (ALTİD) sədri Burhan Sili deyib: “Alanyaya üstünlük verən çox sayda əcnəbi var. Ev alaraq ilin bir hissəsini qəsəbədə keçirən bu insanların Türkiyə ilə bağlı tanıtmada da böyük xidmətləri var".


Etiketlәr: #Antalya - Alanya

Әlaqәli Xәbәrlәr