Gǝmidǝ yanğın nǝticǝsində 5 nǝfǝr ölüb

İndoneziyada neft sızıntısı səbəbiylə balıqçı gəmisində yanğın nəticəsində 5 nəfər həyatını itirib.

944843
Gǝmidǝ yanğın nǝticǝsində 5 nǝfǝr ölüb

Şərqi Kalimantan əyaləti polis idarəsinin sözçüsü Adə Yaya Suryananın məlumatına görə Balikpapanda Semayang Limanın ətrafında dənizdəki neft sızıntısı səbəbiylə balıqçı gəmisində çıxan yanğın nəticəsində itkin düşənlərdən daha birinin meyidi tapılıb.

Suryananın sözlərinə görə, dövlət neft şirkəti Pertaminanın dənizin dibindən çəkdiyi boru xəttində  yaranan təxribata görə dənizə neft sızıntısı olub və nəticədə baş verən yanğında 5 nəfər həyatını itirib.

Hadisədən sonra, bölgədə səhhi tədbirlər görülüb. Xalqa maska paylanıb və sızıntının təmizlənməsi işləri başladılıb.

 



Әlaqәli Xәbәrlәr