Anasını 6 saat kürəyində daşıdı

Dalal Kerduş terrorçuların etdiyi atəş nəticəsində bəlindən xəsarət alan 80 yaşındakı anasını kilometrlərlə kürəyində daşıyıb Türkiyəyə gətirdi.

913531
Anasını 6 saat kürəyində daşıdı

  Suriyada Afrinin qərbindəki Cinderes rayonundan ailəsilə terror təşkilatı PKK/KCK/PYD-YPG-dən qaçan Dalal Kerduş terrorçuların etdiyi atəş nəticəsində bəlindən xəsarət alan 80 yaşındakı anasını kilometrlərlə kürəyində daşıyıb Türkiyəyə gətirdi.

 Cinderes rayonunda yaşayan 80 yaşındakı Hilal Əhməd və ailəsi terrorçuların təzyiq və zülmündən xilas olub əmin-amanlıqları üçün Türkiyəyə sığınmağa qərar verdi.

  Ailə piyada yola düşdü. Yaşlı olduğu üçün oğlunun dalında daşıdığı Hilal Əhməd Cinderesdən çıxarkən PKK/KCK/PYG-YPG mənsubu terrorçuların etdiyi atəş nəticəsində bəlindən yaralandı. Yaşlı qadını oğlu Dalal Kerduş Türkiyənin Reyhanlı qəsəbəsinə qədər kürəyində daşıdı.

  12 km-lik yolu 6 saatda oğlunun kürəyində gələn Hilal Əhməd sığındığı Türkiyədə müalicə olunmağa başladı.

  Qəsəbənin sərhəd kəndlərində qurulan çadırlara yerləşən ailəyə ətrafdakı vətəndaşlar ərzaq və yanacaq yardımı etmişdir.



Әlaqәli Xәbәrlәr