Paltarlarda elektriklənmənin qarşısını necə almaq olar?

Bəzən bir paltar statik elektrik toplayır və geyimlər davamlı olaraq bir-birinə sarılır. Bir çox qadının başına gəlib. Xüsusən də neylon corab yun paltarları özünə çəkir. Yeriyərkən daim paltarınızı corabdan xilas etməyə çalışırsınız...

896870
Paltarlarda elektriklənmənin qarşısını necə almaq olar?

   Geyimlərdə elektriklənmə tez-tez rast gəlinir və adamı narahat edir. Yaranan bu elektriklənmə hətta insanı elektrik vurmasına və kiçik də olsa, canının yanmasına səbəb ola bilir.

  Xüsusilə yun paltarlarda görünən elektriklənmə adamdan adama dəyişən xüsusiyyətlərə bağlı olaraq bir çox paltarda fərqli ölçülərdə müşahidə olunur.

  Geyimlərdə olan elektriklənmə, xüsusilə, qadınlarda saçların qabarmasına, formanın pozulmasına səbəb ola bilir. Bütün bunların qarşısını almaq üçün geyimlərin cərəyanlarının aradan qaldırılması lazımdır.

  Bütün bu mənfi təsirlərdən xilas olmaq, geyimlərdə olan elektriklənmənin qarşısını almaq üçün tətbiq edə alternativ üsullar aşağıda izah edilir. Elektriklənməni izolyasiya ortadan qalxar.Bu üsullardan hər hansı birini istifadə edərək geyimlərdə olan elektriklənmə problemindən qurtula bilərsiniz.

1. Kiçik metallardan istifadə edin.

  Elektriklənmə problemi yaşadığınız paltarlarınızın iç qisimlərinə kiçik metal materiallar tikin və ya ingilis sancağından istifadə edin. Bu metal hissələr geyiminizdə əmələ gələn elektriki toplayır və bir növ torpaqlama işi görür. Bu sayədə paltarınızda bir daha elektriklənmə problemi yaşamayacaqsınız.

 2. Metal asılqandan istifadə edin.

  Metalın elektrikalıcı xüsusiyyəti olduğu üçün patlarlarınızı geymədən əvvəl nə qədər çox metalla təmas etdirsəniz, onu elektriklənmədən o qədər xilas etmiş olarsınız. Bu məqsədlə metal asılqandan istifadə həm çox praktik, həm də çox təsirlidir.

3. Alüminium rulon istifadə edin.

  Alüminiumun da elektrikalıcı xüsusiyyətindən istifadə edə bilərsiniz. Elektriklənmə problemi yaşadığınız geyiminizi istifadə etmədən əvvəl düz zəminə sərin və alüminium rulonu onun üzərində gəzdirin. Və ya alüminium rulondan lövhə kəsib geyimlərinizlə birlikdə qurutma maşınına qoyun. Elektriklənmə probleminin ortadan qalxdığını görəcəksiniz.

4. Paltarlarınızı birbaşa günəşdə qurudun.

  Paltarlar bir-birinə yaxın və qapalı yerdə qurudulduğu zaman elektriklənməsinə səbəb olur. Çünki paltarlar bir-birinə sürtülərək elektriklə yüklənir. Bunun qarşısını almaq üçün paltarlarınızı günəşdə qurutmağa çalışın. Ancaq günəşdən çox saxlamayın ki, rəngləri solmasın.

5. Nəmli dəsmaldan istifadə edin.

  Paltaryuyan maşının qurutma  hissəsində ən aşağı istilik dərəcəsində geyimləri qurudarkən içinə nəm dəsmal qoyun. Nəm dəsman elektriklənmənin qarşısını alır.

6. Yuyarkən sintetik parçaları ayırın.

  Neylon və polyester kimi parçalar yuma zamanı statik elektrik istehsal etdiyi üçün ayrı olması lazımdır. Ya da yuma zamanı paltaryuyan maşını ağzınacan doldurmayın.

7. Yumşaldıcı əvəzinə sirkə.

  Paltarları yuyarkən yumşaldıcı əvəzinə sirkə istifadə edin. Sirkə statik elektrik istehsalına mane olur. Yaxalama suyuna sirkə əlavə etsəniz, geyimlər quruduğundan sonra elektriklənmə öz-özünə gedir.

8. Nəmləndirici losyon

  Elektrik statik sarılmanın qarşısını almaq üçün neylon və digər sintetik paltarlar geyməzdən əvvəl əl və ayaqlarınıza nəmləndirici losyon sürün. Dəri səthi yaşlanacağı üçün geyimlərin yapışmasının qarşısını alır.



Әlaqәli Xәbәrlәr