Qahirə yaxınlığında 2300 yaşlı idman meydançası aşkarlandı

Misir Antik Əsərlər Nazirliyi paytaxt Qahirə yaxınlığında 2300 illik bir idman meydançası aşkarlayıblar.

841967
Qahirə yaxınlığında 2300 yaşlı idman meydançası aşkarlandı

   Nazirlikdən Eymen Aşmavinin verdiyi məlumata görə, arxeoloqlar Qahirə şəhərinin 80 km. cənub-qərbində Helenistik dövründən qalan 2300 illik antik idman meydançasının qalıqlarını kəşf ediblər.

  Aşmavi antik idman meydançasında 200 metrlik yarış eniş zolağı, heykəllər, iclas zalı və həyətinin qalıqlarına rast gəldiklərini söylədi.

  Antik idman meydançasını alman və misirli arxeoloqlardan ibarət və Feyyum bölgəsindəki Vatfada çalışan beynəlxalq qrup aşkara çıxarıb. Arxeoloq qrupunun rəhbəri alman alimi Kornelia Roemerin söylədiyinə görə, “Yunan mədəniyyətinin təkcə İskəndəriyyə deyil, Misirin ucqar kəndlərinə qədər böyük təsiri olduğu görünür”.

  Qeyd edək ki, qdəim Filoteris (Philoteris) kəndinin də yerləşdiyi Valfa (Watfa) Misir kralı II Ptolemey tərəfindən eramızdan əvvəl 3-cü əsrdə qurulub.



Әlaqәli Xәbәrlәr