İtmiş insan pitonun qarnında tapıldı

İndoneziyada bir kəndin sakinləri itmiş həmkəndlilərinin cəsədini yeddi metr uzunluğunda pitonun qarnında aşkar ediblər.

701328
İtmiş insan pitonun qarnında tapıldı

İndoneziyada bir kəndin sakinləri itmiş həmkəndlilərinin cəsədini yeddi metr uzunluğunda pitonun qarnında aşkar ediblər.

Dostları və qohumları palma yağı toplamaq üçün meşəyə gedən və geri qayıtmayan 25 yaşlı Əkbər Salubironun axtarışına başlayıblar. Onun evinin yaxınlığında nəhəng piton aşkar olunub. İlanın qarnını yaran kənd sakinləri Ə.Salubironun ölmüş cəsədini tapıblar. Pitonun onu əvvəlcə boğduğu və sonra udduğu güman olunur.

Əlavə olaraq bildirilir ki, kənd sakinləri bir gün əvvəl Ə.Salubironun evinin yaxınlığında qışqırıq səsləri eşidiblər.

Mənbə: Azərtac



Әlaqәli Xәbәrlәr