Bəzi xərçəng növlərinin müalicəsində antibiotiklər mühüm rol oynayır

Məlumata görə, bəzi ucuz və geniş istifadə olunan antibiotiklər ən təhlükəli xərçəng hüceyrələrini öldürməyə qadirdir.

695839
Bəzi xərçəng növlərinin müalicəsində antibiotiklər mühüm rol oynayır

Böyük Britaniyadakı Mançester universitetinin professoru Maykl Lisanti xərçəngin müalicəsi sahəsində tədqiqatlarla məşğul olan həyat yoldaşı ilə birlikdə laborator testləri zamanı aşkar ediblər ki, bəzi ucuz və geniş istifadə olunan antibiotiklər ən təhlükəli xərçəng hüceyrələrini öldürməyə qadirdir.

AZƏRTAC-ın verdiyi məlumatına görə,  onların apardığı bir çox tədqiqat və araşdırmalar uğurlu nəticələr verib. Ümumiyyətlə, antibiotiklər ağciyər, döş, prostat vəzi, eləcə də bəzi çətin müalicə olunan beyin şişləri daxil olmaqla ən çox yayılmış xərçəng növlərində səmərəli təsir göstərir. Məsələn, sızanaqların müalicəsində geniş istifadə olunan Doksitsiklinin bu sahədə xüsusilə təsirli olduğu aşkar edilib. Üstəlik onun qiyməti də xərçəng əleyhinə dərmanlardan yüz və min dəfələrlə ucuzdur.

Bədxassəli şişlərin qurbanlarına yardım göstərən xeyriyyə cəmiyyəti aparılan tədqiqatın göstəricilərinə görə antibiotiklərin bir çox xərçəng hüceyrələrini məhv edərək xəstəliyin sağalmasında mühüm rol oynadığını təsdiq edir.

 

Mәnbә: AZӘRTAC



Әlaqәli Xәbәrlәr