Qabyuyan məşhur restoranın şəriki oldu

Danimarkanın paytaxtı Kopenhagenin dünya miqyasında məşhur restoranın sahibi Rene Redzepi 13 il qabyuyanlıq edən qambiyalı Əli Sonkonu restoranına şərik etdi.

682348
Qabyuyan məşhur restoranın şəriki oldu

 Danimarkanın paytaxtı Kopenhagenin dünya miqyasında məşhur restoranın sahibi Rene Redzepi 13 il qabyuyanlıq edən qambiyalı Əli Sonkonu restoranına şərik etdiyini bildrib
 
 Redzepi  əməkdaşları və dostları üçün təşkil etdiyi qonaqlıqda Əli Sonko ilə bərabər  ilk gündən etibarən restoranda işləyən servis şefi Lau Richter və restoranın son səkkiz ildə müdürü olan avstriyalı James Spreadburynin də artıq restoranın şərikləri olduqlarını elan edib.
 
 Redzepi Əli Sonkonun restoranın ruhu olduğunu qeyd edərək: "Hansı vəziyyətdə olursa-olsun, onun kimi hər zaman şən, hər zaman gülümsəyən bir adamın müəssisəmiz üçün nə qədər dəyərli olduğunu anlaya biləcəyinizi sanmıram. Bu arada, mənim atamın da adı Əlidir və o da Danimarkaya ilk gəldiyində qabyuyan işləyib" deyib.
 
 62 yaşlı Əli Sonko da, şərik olduğunu müdürünün açıqlamasından sonra  öyrənib.
 
 Sonko:"Çox təəccübləndim. Doğrusunu desəm, şoka girdim. Təbii ki, çox, çox xoşbəxtəm" deyə reaksiya göstərib.



Әlaqәli Xәbәrlәr