“Stevia” bitkisi artıq Türkiyənin Rizə vilayətində də əkilir

Ana vətəni Cənubi Amerika, Argentina və Çin olan və kalorisiz şəkər əldə olunmasında istifadə edilən “Stevia” bitkisi artıq Rizə şəhərində əkilir.

578901

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Rizə şəkəri” adlandırdığı bitkinin 4 ildir davam edən əkim işlərindən müsbət nəticə əldə edilib.

Argentinadan gətirilən Stevianın Rizə vilayətinin torpaq və iqlim şərtlərinə uyğun olduğu bildirilib.

Bölgədə çox məhsuldar şəkildə bitən bitkinin kolları yaxın zamanda əkinçilərə paylanacaq.

Şəkərlə müqayisədə 15 dəfə daha çox şirinləşdirici xüsusiyyəti olan və mayeləşdiriləcəyi təqdirdə kalori və zülal dəyərləri sıfıra enən Stevianın şəkərin mənfi təsirlərini daşımadığı üçün böyük rəğbət görməsi gözlənilir.  

Әlaqәli Xәbәrlәr