Yaponya ǝhalisinin sayı azala bilǝr

Yaponiyada 2060-cı ildə əhalinin sayı indiki 127 milyondan 86,7 milyonadək azalacaq.

402355
Yaponya ǝhalisinin sayı azala bilǝr

Yaponiyada 2060-cı ildə əhalinin sayı indiki 127 milyondan 86,7 milyonadək azalacaq.
Doğumun mövcud nisbəti saxlanacağı təqdirdə Yaponiyada 2060-cı ildə əhalinin sayı indiki 127 milyondan 86,7 milyonadək azalacaq. Yaponiya vətəndaşlarının 40 faizinin yaşı isə 65-dən yuxarı olacaq.
Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin oktyabrın 27-də dərc etdiyi illik hesabatda məlumat verilir.
Sənəddə qeyd edilib ki, həmin vaxt yaponların 27 faizinin və ya dörd sakindən birinin yaşı 75-i ötəcək.
Nazirlik təkidlə qeyd edir ki, hökumət 2050-ci ildə əhalinin sayının 100 milyon həddində saxlanması məqsədilə qısa müddətdə çoxuşaqlı ailələrə xüsusi həvəsləndirməni və yardımı nəzərdə tutan tədbirlər paketini hazırlayıb qəbul etməlidir. Əks təqdirdə əhalinin sayı ilə bağlı böhran həddi artıq 2040-cı ildə keçiləcək və bu rəqəm 100 milyondan aşağı düşəcək.
Qeyd edǝk ki, cəmiyyətin qocalması və doğumun sayının azalması Yaponiyanın ən ciddi sosial-iqtisadi problemidir. Statistik məlumatlara görə, müharibədən sonrakı nəsil ölkə əhalisinin 80,3 faizini təşkil edir. Vəziyyəti daha da ağırlaşdıran mǝsǝlǝ isǝ gənclərin üçdə birinin çox yüksək maliyyə və zaman sərfi səbəbindən ailə qurmaqdan imtina etməsidir. Eyni zamanda, gənclər vəzifədə irəliləməyi və təhsillərini də ailəyə qurban vermək istəmirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr