"Türkiye Kültür Yolu Festivalı" cari il 16 şəhərdə keçiriləcək
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçiriləcək "Türkiye Kültür Yolu Festivalı"nın təfərrüatlarını açıqlayıb.
!["Türkiye Kültür Yolu Festivalı" cari il 16 şəhərdə keçiriləcək](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/fc3d/5915/e217/66015503548ec.jpg?time=1722045691)
"Türkiye Kültür Yolu Festivalı" cari il 16 şəhərdə keçiriləcək.
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçiriləcək "Türkiye Kültür Yolu Festivalı"nın təfərrüatlarını açıqlayıb.
8 aya yayılacaq festival çərçivəsində 6 mindən çox tədbir təşkil olunacaq.
"Kültür Yolu Festivalı"nın dünyada bənzəri olmadığını bildirən nazir Ersoy "Türkiyedə festival ab-havasını yaşadacağıq" deyib.
Böyük tədbirdə rekord sayda sənətçinin qatılacağını ifadə edən Ersoy bildirib ki, 2023-cü ildə festivala qatılan sənətçilərin sayı 34 minə çatıb. Bu il hədəfimiz 40 min sənətçidir.
Nazir N.Ersoy “Bu il 13-21 aprel tarixlərində Adanada portağal çiçəyi karnavalı ilə birlikdə "Türkiye Kültür Yolu Festivalı"nı başlayacağıq. 2-10 noyabr tarixlərində Antalyada bu unikal mədəniyyət-sənət marafonunu başa vuracağıq" deyib.
Mədəniyyət və turizm naziri bu il festivalın ən mühüm elementlərindən birinin Pablo Pikassonun olacağını açıqlayıb:
“Əsas qonağımız olaraq, 80-dən çox orijinal əsərin yer aldığı təsirli Pikassonun sərgisinə ev sahibliyi edəcəyik və 3 ay ərzində müxtəlif şəhərlərdəki sənətsevərlərlə bir araya gətirərək unikal təcrübə təqdim edəcəyik”.
Bundan başqa bir çox dünya şöhrətli adların əsərləri festivala rəng qatacaq.
Bu il 600-dən çox məkanda tədbirlər keçiriləcək.
Dövlət Opera və Baletinin məşhur Anadolu əfsanəsinə opera ilə həyat verdiyi “Şahmeran” da ilk dəfə nümayiş olunacaq.
Әlaqәli Xәbәrlәr
![Son Tunc dövründən qalma planşetdəki yazılar](http://cdn.trt.net.tr/images/medium/rectangle/ab61/d014/eb4e/669e19cf3a663.jpg?time=1722045691)
Son Tunc dövründən qalma planşetdəki yazılar
M.N.Ersoy sosial media hesabından verdiyi açıqlamada bildirib ...
![Türkiyəyə qaytarılan antik əsərlər](http://cdn.trt.net.tr/images/medium/rectangle/6bf9/5edf/afd0/669e046562ef8.jpg?time=1722045691)
Türkiyəyə qaytarılan antik əsərlər
Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə ...