“Son şam yeməyi” filmi 28-ci Nürnberq Film Festivalında nümayiş etdirilib

Türkiye Cümhuriyyətinin yaranmasının 100 illiyi (29 oktyabr 2023-cü il) üçün xüsusi hazırlanmış “Son şam yeməyi” filmi 28-ci Nürnberq Film Festivalında nümayiş etdirilib.

2114434

Nürnberq Tafelhalledə təşkil edilən qalada Cümhuriyyətin elanından bir gün əvvəl Çankaya qəsrində verilən şam yeməyindən bəhs edən rejissor Levent Onanın çəkdiyi “Son şam yeməyi” filmi tamaşaçılara təqdim edilib.

Festivalda fəxri mükafatlar isə multikultural kino sənətinə beynəlxalq töhfələrinə görə aktrisalar İris Berben və Hale Soyqaziyə verilib.

Açılış mərasimində fəxri mükafatlarını alan sənətçilərlə yanaşı, Nürnberq Böyükşəhər Bələdiyyəsinin sədri Markus Köniq, Nürnberq Mədəniyyət Bələdiyyə Başçısı Julia Lehner və Türkiye və Almaniyadan olan sənətçilər iştirak ediblər.

Martın 8-də başlayan və ümumilikdə 37 filmin nümayiş olunacağı festivalda 4 festival söhbəti, 25 film söhbəti və 4 musiqi axşamı tədbiri olacaq.

Nürnberq Film Festivalı martın 17-də başa çatacaq.

“Son şam yeməyi” noyabrda Bişkek Beynəlxalq Film Festivalında, dekabrda isə MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiye, Avstraliya) Film Festivalında nümayiş etdirilib.

Әlaqәli Xәbәrlәr