Çatalhöyükdə 8 min 600 illik çörək tapıldı

Konya vilayətinin Çumra rayonunda yerləşən və Neolit ​​dövründə təxminən 8 min insanın bir yerdə yaşadığı Çatalhöyükdə aparılan qazıntı zamanı 8 min 600 il əvvələ aid “çörək” tapılıb.

2111419
Çatalhöyükdə 8 min 600 illik çörək tapıldı

Konya vilayətinin Çumra rayonunda yerləşən və Neolit ​​dövründə təxminən 8 min insanın bir yerdə yaşadığı Çatalhöyükdə aparılan qazıntı zamanı 8 min 600 il əvvələ aid “çörək” tapılıb.

Dünyanın ilk yaşayış yerlərindən biri olan Çatalhöyükdə bitişik çiy kərpic evlərə yuxarıdan girilə bilən "Məkan 66" adlanan ərazidə soba quruluşu aşkar edilib.

Ümumi olaraq dağılmış sobanın ətrafında buğda, arpa, yaşıl noxud toxumu və yemək ola biləcək xurma böyüklüyündə tapıntı aşkarlanıb.

Necmettin Erbakan Universiteti Elm və Texnologiya Araşdırma və Tətbiq Mərkəzində (BİTAM) aparılan analizlərdə süngər kimi olan olan tapıntının eramızdan əvvəl 6 min 600-cü ilə aid fermentləşdirilmiş çörək olduğu müəyyən edilib.

Qazıntı komitəsinin sədri və Anadolu universitetində müəllim işləyən dosent doktor Əli Umut Türkcan mayalı çörəyin ilk nümunələrinin Misirdə tapıldığını açıqlayıb və deyib:

"Çatalhöyükdəki bu tapıntının dünyanın ən qədim çörəyi olduğunu söyləyə bilərik. Bu üzvi qalıqların müşahidəsi, təhlili və tarixini nəzərə alsaq, onun təxminən 8600 il yaşı olan bir çörək olduğunu deyə bilərik. Dəyirmi çörəyin kiçiyidir. Ortasına barmaq sıxılmış, bişməmiş, amma mayalanmış, tərkibindəki nişastalarla birlikdə bu günə qədər gəlib çatmışdır. İndiyə qədər belə bir nümunə yoxdur".



Әlaqәli Xәbәrlәr