Brüsseldə Türkiyə Qastronomiya Günləri

Brüssel Yunus Əmrə İnstitutunun (YEE) təşkil etdiyi tədbirə belçikalı siyasətçilər və diplomatlar böyük maraq göstərib

2110445
Brüsseldə Türkiyə Qastronomiya Günləri
belcika'da turk gastronomisi.jpg
belcika'da turk gastronomisi.jpg

 

  Belçikanın paytaxtı Brüsseldə Türkiyə Qastronomiya Günləri keçirilib.

  Brüssel Yunus Əmrə İnstitutunun (YEE) təşkil etdiyi tədbirə belçikalı siyasətçilər və diplomatlar böyük maraq göstərib.

  Müxtəlif partiyalardan olan Belçika siyasətçiləri türk aşpazlarla birgə Kayseri mantısı (düşbərə) büküblər.

  YEE-nin Belçika koordinatoru Bəkir Aydın bildirib ki, onların məqsədi Türkiyə qastronomiyası vasitəsilə xoş abu-hava yaratmaq, müxtəlif partiyalardan olan Belçika siyasətçilərini bir araya gətirmək və Türkiyə yemək mədəniyyətini təbliğ etməkdir.

  Tədbirdə iştirak edən Brüssel paytaxt regional naziri Rudi Vervort Türkiyə mədəniyyətinə Belçikada böyük maraq olduğunu söyləyib.

  Belçika Federal Parlamentinin üzvü və Sosialist Partiyasının Qrup rəhbəri Əhməd Laauey (Laaouej) də Türkiyə mətbəxini bəyəndiyini deyib.

  Brüssel bölgə müdiri müavini Fransuaza Şepmans Türkiyə yeməklərinin bişirilməsi təcrübəsinin onun üçün yeni olduğunu söyləyərək tədbirdə iştirakından məmnunluğunu dilə gətirib.



Әlaqәli Xәbәrlәr