“Qar qardaşlığı” 12 mükafat aldı

O, Qoya tarixində ən çox mükafat toplayan 3-cü film oldu

2100678
“Qar qardaşlığı” 12 mükafat aldı

 

 

  “Qar qardaşlığı” filmi İspaniya kinosunun “Qoya” mükafatlarında 12 nominasiya üzrə mükafat alıb.

  İspaniya kinosunun ən mühüm hadisəsi olan Qoya Mükafatları Mərasimi 10 fevral axşamı Valyadoliddə keçirilən qalada öz sahiblərinə verilib.

  1972-ci ildə baş verən təyyarə qəzasından bəhs edən "Qar qardaşlığı" (La Sociedad de la nieve) filmi gecənin ulduzu olub.

  İspaniya rejissoru və prodüseri Xuan (Juan) Antonio Bayonanın rejissorluğu ilə çəkilmiş “Qar qardaşlığı” filmi “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Perspektivli gənc aktyor” (Matias Rekart), “Ən yaxşı prodüser”, “Ən yaxşı orijinal musiqi” kimi 12 kateqoriya üzrə mükafata layiq görülüb.

  38-ci Qoya Film Festivalında namizəd olduğu 13 kateqoriyadan 12-də mükafat alan “Qar qardaşlığı” "İçimdəki dəniz" (14 dəfə) və "Ay Karmela"dan (13 dəfə) sonra Qoya tarixində ən çox mükafat toplayan 3-cü filmdir.  

  Olmuş hadisəni əks etdirən “Qar qardaşlığı” 1972-ci ildə reqbi (rugby) komandasını Çiliyə aparmaq üçün icarəyə götürülmüş Uruqvay Hərbi Hava Qüvvələrinə məxsus təyyarə And dağlarında qəzaya uğrayandan sonra sağ qalan bir neçə sərnişinin sağ qalmaq uğrunda mübarizəsindən bəhs edir.

  Qala gecəsində İspaniya kinorejissorlarının İsrailin Qəzzaya hücumlarını tənqid edən açıqlamaları, İspaniyada ifrat sağçı “Vox” partiyası və qadınlara qarşı zorakılıq hadisələri də danışılıb.

  Bu il Qoyada "Ən yaxşı qadın rolu" Malena Alterio (Que nadie duerma) və "Ən yaxşı kişi rolu" Devid Verdager (Saben aquell) olub.

 



Әlaqәli Xәbәrlәr