Bir solo müğənnisi üçün ən böyük müqavilə

13 “Grammy” mükafatı qazanan Ceksonun bütün mahnılarının yer aldığı musiqi kataloqunun dəyərinin 1,2 milyard dollardan çox olduğu təxmin edilir

2100673
Bir solo müğənnisi üçün ən böyük müqavilə

 

  Amerikanın "Sony Music" musiqi şirkəti məşhur müğənni Maykl Ceksonun mahnıları kataloqunun yarısını təxminən 600 milyon dollara alıb.

  13 “Grammy” mükafatı qazanan Ceksonun bütün mahnılarının yer aldığı musiqi kataloqunun dəyərinin 1,2 milyard dollardan çox olduğu təxmin edilir.

  “Sony Music” tərəfindən təxminən 600 milyon dollara alınan kataloqun yarısının bir solo sənətçisi üçün indiyə qədər əldə edilən ən böyük müqavilə olduğu bildirilir.

  Razılaşmaya həmçinin Ceksonun “Mijac” şirkəti tərəfindən alınmış Rey Çarlz, Elvis Presli və Areta Franklinin bəzi mahnıları da daxildir.

  Məşhur amerikalı rok sənətçisi Brüs Sprinqstin də 2021-ci ildə bütün albomlarını və musiqi hüquqlarını 500 milyon dollara satıb.



Әlaqәli Xәbәrlәr