Türkiyə “Texworld Evolution Paris”də

Avropanın ən mühüm geyim və aksesuar istehsalçılarının sərgilərindən biri olan “Texworld” fevralın 5-də qapılarını qonaqların üzünə açıb

2097845
Türkiyə “Texworld Evolution Paris”də

 

  Türkiyə Fransanın paytaxtı Parisdə 97 firma ilə Avropanın qabaqcıl hazır geyim, parça, aksesuar və moda sərgilərindən olan “Texworld Evolution Paris”ə qatılıb.

  Avropanın ən mühüm geyim və aksesuar istehsalçılarının sərgilərindən biri olan “Texworld” fevralın 5-də qapılarını qonaqların üzünə açıb.

  Fevralın 7-də başa çatacaq yarmarkaya dünyanın hər yerindən tekstil, moda, parça, ev üçün və dəri emalı kimi sektorlardan çoxlu alıcı və peşəkarlar gəlir.

  Bu il sərgidə 97 Türkiyə şirkəti iştirak edir.

  Türkiyə “Texworld Evolution Paris”də 19 ölkə arasında ikinci ən böyük iştirakçı ölkədir.

  Parisdə “Expo Porte de Versailles” sərgi mərkəzində keçirilən yarmarkaya 3 gün ərzində minlərlə adamın gələcəyi gözlənilir.

  Dünyada parça və aksesuar sənayesinin görüş nöqtələrindən biri olan “Texworld Evolution Paris”in Türkiyənin iştirakı İstanbul Ticarət Palatası (İTO) tərəfindən həyata keçirilir.



Әlaqәli Xәbәrlәr