Yazıçı Alev Alatlı dünyasını dəyişib

Yazıçı Alev Alatlı bir müddət müalicə aldığı İstanbulda xəstəxanada dünyasını dəyişib.

2096819
Yazıçı Alev Alatlı dünyasını dəyişib

Yazıçı Alev Alatlı bir müddət müalicə aldığı İstanbulda xəstəxanada dünyasını dəyişib.

Səhiyyə naziri Fahrettin Koca 79 yaşlı Alatlının ölüm xəbərini sosial şəbəkədə açıqlayıb.

Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun yazıçı Alev Alatlının fikri və sənət həyatının böyük adlarından biri olduğunu vurğulayıb.

Fahrettin Altun sosial mediada yayımladığı başsağlığı mesajında “Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatı laureatı yazıçı və pedaqoq Alev Alatlı intellektual biliyi, bu torpaqlara sevgisi, sivilizasiya dəyərlərimizə inamı ilə intellektual və sənət həyatımızda çox mühüm izlər qoyub" deyib.



Әlaqәli Xәbәrlәr