Türkiyədən qaçırılan kore ölkəyə təhvil verildi

Türkiyənin Londondakı səfirliyində keçirilən təslim mərasimində səfir Osman Koray Ertaş sözügedən mövzu ilə bağlı deyib ...

2087845
Türkiyədən qaçırılan kore ölkəyə təhvil verildi

 

  Türkiyənin Aydın rayonunun Milet antik şəhərindən aparılan, İngiltərədə hərraca çıxarılan, eramızdan əvvəl 6-cı əsrə aid kore heykəli Londondakı Türkiyə səfirliyinə təhvil verilib.

  Türkiyənin Londondakı səfirliyində keçirilən təslim mərasimində səfir Osman Koray Ertaş çıxışında deyib: “Türkiyə xarici işlər, ədliyyə, daxili işlər, mədəniyyət nazirliklərinin fəal səyləri ilə dünyanın hər yerindən Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan tarixi əsərlərin ölkəyə qaytarılması üçün çalışırıq. Bunun üçün bütün inzibati və hüquqi vasitələrdən istifadə edirik. Eramızdan əvvəl 6-cı əsrə aid olan kore heykəli Aydındakı Milet antik şəhərinə məxsusudur. Böyük Britaniya polisi ilə əməkdaşlığımız nəticəsində biz bu gözəl əsəri aid olduğu doğma şəhərinə qaytarırıq. Milet hazırlanmış bu əsər antik dövrə aid qadın heykəlinin bir parçasıdır”.

  Qeyd edək ki, kore (və ya kora) qədim yunan sənətində ayaq üstə təsvir edilən gənc qız heykəllərinə verilən addır. Mərmərdən düzəldilən və sonralar müxtəlif rənglərlə boyanan kore ön tərəfdən təsvir edilmiş heykəllərdir. Ayaqları adətən yan-yana və bir-birinə bitişik olsa da, bəzən bir ayağın öndə olduğu korelər də var. Kore heykəllərin əksəriyyətində qollardan biri ətəyin qıvrımlarını omba səviyyəsində tutur, digəri isə sinə səviyyəsində irəli uzanır.



Әlaqәli Xәbәrlәr