"Romanın mərkəzində əsl xəzinə tapıldı”, G.Sangiuliano

İtaliya Mədəniyyət Nazirliyindən verilən məlumata görə ...

2076218
"Romanın mərkəzində əsl xəzinə tapıldı”, G.Sangiuliano

 

  İtaliyanın paytaxtı Romada tarixi Kolizey yaxınlığında qədim Roma dövrünə aid mozaikaları olan şəxsi iqamətgah tapılıb.

  İtaliya Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Palatine təpəsi ilə Roma Forumu arasında yerləşən Kolizey Arxeoloji Parkında Romanın son cümhuriyyət dövrünə aid antik iqamətgah aşkar edilib.

  Bildirilib ki, tikili eramızdan əvvəl II əsrin ikinci yarısı ilə e.ə. I əsrin sonları arasında ən azı üç mərhələdə tikilib.

  Sözügedən iqamətgahda bir atrium, bir bağ, bir yeməkxana və "qeyri-adi" olaraq xarakterizə edilən rustik üslubda bir mozaika da ortaya çıxıb.

  Mütəxəssislər hesab edir ki, bu qədim evin tapılması Roma tarixi üçün böyük əhəmiyyət kəsb edir.

  İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano deyib: "Romanın mərkəzində əsl xəzinə tapılıb. Bu, mühüm elmi dəyəri olan bir kəşfdir".



Әlaqәli Xәbәrlәr