Mardində Erkən Bizans - Son Roma dövrünə aid mozaikalar ortaya çıxdı

Mardin Muzeyinin direktoru və arxeoloji qazıntı qrupunun rəhbəri Əbdülqəni Tarkan sözügedən mövzu ilə bağlı deyib ...

2075316
Mardində Erkən Bizans - Son Roma dövrünə aid mozaikalar ortaya çıxdı

 

  Türkiyənin Mardin şəhərinin Kızıltəpə qəsəbəsində aparılan qazıntılar zamanı dəniz canlılarının fiqurları olan mozaikalar tapılıb.

  Arxeoloji qazıntılar Kızıltəpə mərkəzindən təxminən 30 kilometr aralıda yerləşən kənd yerlərində aparılıb.

  Qazıntı zamanı antik Romada mərkəzi bir tikili, onun ətrafına yayılmış kiçik əlavə binalardan ibarət, divarlarla çevrəli, kənd yaşayış məntəqəsi mənasını verən “villa rustica”ya (ferma və ya bağ evi) aid mozaika döşəmələri (ferma, bağ evi) ortaya çıxarılıb.

  Mardin Muzeyinin direktoru və arxeoloji qazıntı qrupunun rəhbəri Əbdülqəni Tarkan sözügedən mövzu ilə bağlı deyib: “5-7-ci əsrlərə aid bir ərazidir. Bura hakim bir təpədə üst təbəqəyə mənsub bir ailənin istifadə etdiyi kənd villasıdır. Ətrafında qulluqçular üçün ayrılmış və əsgərlərin qaldığı kiçik otaqlar da var.

  Villanın tabanında təxminən 100 kvadratmetr genişlikdə mozaikalar ortaya çıxdı. Bunlar Erkən Bizans - Son Roma dövrünə aid, üzərinə heyvan fiqurları həkk olunmuş mozaikalardır. Bu mozaikalar bölgədə daha əvvəl gördüklərimizə bənzəyir. Ancaq buradakı mozaikalarda digər heyvan fiqurları ilə yanaşı dəniz canlıları da var. Bu dəniz canlıları ahtapot, müxtəlif növ balıq fiqurları və balıqçı quşlardır. Biz mozaikaları muzeydə sərgiləyəcəyik".



Әlaqәli Xәbәrlәr