Perre antik şəhərində 1800 illik otaq-məzar aşkar edilib

Adıyamandakı Perre antik şəhərində aparılan qazıntı işləri zamanı Roma dövrünə aid 1800 illik otaq-məzar aşkar edilib.

2074352
Perre antik şəhərində 1800 illik otaq-məzar aşkar edilib

Adıyamandakı Perre antik şəhərində aparılan qazıntı işləri zamanı Roma dövrünə aid 1800 illik otaq-məzar aşkar edilib.
Perre antik şəhərində 2001-ci ildə başlayan və fasilələrlə davam edən qazıntılar zamanı bir  Roma fəvvarəsi, iri blok daşlar, su kanalları və müxtəlif memarlıq tikililəri gün üzünə çıxarılıb.
Bu ilin aprel ayında 76 işçi ilə başlayan qazıntılar zamanı otaq-məzar aşkar edilib.
Muzey direktoru Mehmet Alkan bölgədə qazıntıların davam etdiyini bildirib.
Alkan deyib:"Builki qazıntılar zamanı girişində qapı daşı olan 17 şəxsə aid otaq-məzar aşkar edilib''.



Әlaqәli Xәbәrlәr