Meksika Milli Dünya Mədəniyyətləri Muzeyində “Türkiye salonu” açılıb

Meksika Milli Dünya Mədəniyyətləri Muzeyində Türkiyenin zəngin tarixini və mədəni müxtəlifliyini əks etdirən əsərlərin yer aldığı “Türkiye salonu” TİKA tərəfindən açılıb.

2068501
Meksika Milli Dünya Mədəniyyətləri Muzeyində “Türkiye salonu” açılıb

Meksika Milli Dünya Mədəniyyətləri Muzeyində Türkiyenin zəngin tarixini və mədəni müxtəlifliyini əks etdirən əsərlərin yer aldığı “Türkiye salonu” Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən açılıb.

Açılış mərasimində çıxış edən TİKA sədri Serkan Kayalar deyib:

""Türkiye Salonu"nun ölkələrimiz arasındakı dostluğa və iki cəmiyyət arasında yaxınlaşmaya töhfə verəcəyinə inanıram. Cümhuriyyətimizin 100-cü ilini bu dəyərli muzeydə TİKA-nın köməyi ilə "Türkiye salonu"muzu" açaraq qeyd edirik. Muzeydə Yunan, Çin və Misir kimi qədim sivilizasiyaların arxeoloji, antropoloji və etnoqrafik əsərlərinümayiş etdirilir".

Muzeydə tarixin ən qədim tikililərindən biri olan Göbeklitəpənin əsərləri ilə yanaşı, tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi edən Anadoluda 13 dövrə aid 61 əsər sərgilənir.



Әlaqәli Xәbәrlәr