TRT World ŞKTR ilə əlaqədar sənədli film hazırladı
Son dövrlərdə uğurlu layihələrə imza atan Türkiyenin ən önəmli beynəlxalq xəbər kanalı TRT World yepyeni layihəsi ilə tamaşaçıların diqqətini çəkib.

Son dövrlərdə uğurlu layihələrə imza atan Türkiyenin ən önəmli beynəlxalq xəbər kanalı TRT World yepyeni layihəsi ilə tamaşaçıların diqqətini çəkib.
Şimali Kıbrıs Türk Respublikasının qurulmasının 40-cı ildönümü münasibətilə hazırlanan və altı seriyadan ibarət olan “The Forfront Cyprus” sənədli filmi Kıbrısdakı türk xalqının varlıq və müstəqillik hekayəsindən bəhs edir.
Sənədli film eyni zamanda Kıbrıs Sülh Hərəkatının 50-ci ildönümünü baxımından da böyük əhəmiyyət kəsb edir.
Sənədli filmlə əlaqədar Şimali Kıbrıs Türk Respublikası, Türkiye, İngiltərə, Yunanıstan, Fransa, İspaniya və Cənubi Kiprdə çəkilişlər aparılıb və müsahibələr alınıb.
TRT World komandası da BMT-nin nəzarətində olan bufer zonada müsahibələr alıb. Sənədli film üçün siyasətçilər, keçmiş prezidentlər, nazirlər, diplomatlar, Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı rəsmiləri, tarixçilər, mücahidlər, qazilər və çox sayda şahidlər də daxil olmaqla təxminən 50 nəfər müsahibə verib.