Ankarada “Şuşa Mədəniyyət Günləri” keçiriləcək

Türkiye-Azərbaycan 3-cü Dövr Mədəniyyət Toplantısı çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi hazırlanıb.

2063816
Ankarada “Şuşa Mədəniyyət Günləri” keçiriləcək

Türkiye-Azərbaycan 3-cü Dövr Mədəniyyət Toplantısı çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi hazırlanıb.

Müqaviləni Ankarada keçirilən mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyenin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıb.

"Bu müqavilə ilə təkcə mədəni irsin qorunması deyil, qardaş ölkə Azərbaycanla konsertlər, sərgilər, teatr tamaşaları kimi müxtəlif tədbirlərlə mədəni əlaqələri bundan sonra da inkişaf etdirəcəyik", - deyə Ersoy bildirib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iki ölkə arasında əlaqələrin xüsusi önəm daşıdığını vurğulayaraq türk sivilizasiyasının dünyaya tanıdılması istiqamətində fəaliyyətlərin daha da gücləndiriləcəyini və Ankarada "Şuşa Mədəniyyət Günləri"nin keçiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr