Ulu Came “Hollandiyanın ən böyük muzeyi” layihəsinə daxil edildi

Ölkədəki ibadət ocaqlarına səfərlərin artırılması məqsədilə Katarinekonvent Muzeyinin təşəbbüsü ilə həyata keçirilən “Hollandiyanın ən böyük muzeyi” layihəsinə daxil olan müxtəlif dinlərin ibadət yerləri mədəniyyət və incəsənətə töhfə verir

2060401
Ulu Came “Hollandiyanın ən böyük muzeyi” layihəsinə daxil edildi
hollanda ulu cami1.jpg
hollanda ulu cami.jpg

  Hollandiyanın Utrext şəhərində yerləşən Hollandiya Dini Fondunun (HDV) böyük məscidi – Ulu Came “Hollandiyanın ən böyük muzeyi” layihəsinə daxil edilib.

  Ölkədəki ibadət ocaqlarına səfərlərin artırılması məqsədilə Katarinekonvent (Catharijneconvent) Milli Muzeyinin təşəbbüsü ilə həyata keçirilən “Hollandiyanın ən böyük muzeyi” layihəsinə daxil olan müxtəlif dinlərin ibadət yerləri mədəniyyət və incəsənətə töhfə verir.

  Layihə çərçivəsində ziyarətçilər müəyyən gün və saatlarda məscidi gəlib məlumatlandırıcı broşürlərlə Türkiyənin dini ənənələri və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.

  Ulu Camedə təşkil edilən rəsmi mərasimdə Türkiyənin Amsterdamdakı baş konsulu Mahmud Burak Ersoy, Haaqa Dini Xidmətlər üzrə müşaviri, professor Haluk Sonqur, HDV sədri Muhlis Koç, Ulu Came Fondunun sədri Yücel Aydemir, “Catharijneconvent” milli muzeyinin direktoru Anik de Kruyf (Anique de Kruijf), muzeyin nümayəndə heyəti və çoxlu qonaqlar olub.

  Türkiyənin baş konsulu M.B.Ersoy çıxışında Utrext şəhərinin mərkəzində yerləşən Ulu Camenin həm şəhərə, həm də Türk-İslam memarlığına gözəl hədiyyə olduğunu bildirib.

  A.Kruyf Ulu Camenin Hollandiyanın ən böyük məscidi olduğunu vurğulayaraq deyib: "Xaricdə tətilə getdiyiniz zaman müxtəlif dinlərin ibadət yerləri və məscidləri ziyarət edilir, lakin Hollandiyada bu, çox da baş vermir. Ölkəmizdə ibadət yerlərinə edilən ziyarətlərin sayını artırmaq üçün “Hollandiyanın ən böyük müzeyi” layihəsinə başladıq."

  Çıxışlardan sonra tərəflər Ulu Camenin “Hollandiyanın ən böyük müzeyi” layihəsində iştirakıyla bağlı müqaviləni imzalayıblar.

  “Hollandiyanın ən böyük müzeyi” layihəsinə ölkədə müxtəlif dinlərə aid ümumilikdə 22 ibadət yeri daxildir. Bunlardan ikisi HDV-yə bağlı Utrext şəhərindəki Ulu Came və Almelo şəhərindəki Yunus Əmrə məscidləridir.



Әlaqәli Xәbәrlәr