Ancelina Coli İsrailin Qəzzadaqaçqın düşərgəsinə hücumuna reaksiya göstərib

Amerikalı aktrisa və BMT-nin keçmiş xoşməramlı səfiri Ancelina Coli İsrailin Qəzzada Cəbəliya qaçqın düşərgəsinə hücumuna reaksiya göstərərək atəşkəs çağırıb.

2059427
Ancelina Coli İsrailin Qəzzadaqaçqın düşərgəsinə hücumuna reaksiya göstərib

Amerikalı aktrisa və Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş xoşməramlı səfiri Ancelina Coli İsrailin Qəzzada Cəbəliya qaçqın düşərgəsinə hücumuna reaksiya göstərərək atəşkəs çağırıb.

Dünya şöhrətli sənətçi sosial media hesabında qaçqın düşərgəsinin hücumdan sonrakı görüntülərini paylaşaraq “Bu, qaçmağa yeri olmayan, tələyə düşmüş cəmiyyətə qəsdən edilən hücumdur” deyib.

Coli Qəzzanın son 20 ildə açıq həbsxana olduğunu və bu gün sürətlə kütləvi məzarlığa çevrildiyini vurğulayıb.

Tərəfləri atəşkəsə çağıran aktrisa, “Humanitar atəşkəs tələbini rədd edərək və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərə şərik olurlar”, – bildirib.

Qəzza Səhiyyə Nazirliyi ötən gün İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cəbəliya qaçqın düşərgəsinə hücum etdiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada, hücumda ilkin təsbitlərə görə 100 nəfərin həyatını itirdiyi, düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan 6 məhəllənin tamamilə dağıdıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr