29 oktyabrda Türkiyə muzeyləri ziyarətçi sayında rekord qırdı

Ulu öndər Mustafa Kamal Atatürkün məzarının yerləşdiyi Anıtkabir və Cümhuriyyət Muzeyi kimi fəaliyyət göstərən ilk Türkiyə Böyük Millət Məclisi (TBMM) rekord sayda ziyarət edilib

2057848
29 oktyabrda Türkiyə muzeyləri ziyarətçi sayında rekord qırdı
anitkabir 29 ekim.jpg
cumhuriyet muzesi 29 ekim.jpg
anitkabir-29 ekim1.jpg

 

  Ulu öndər Mustafa Kamal Atatürkün məzarının yerləşdiyi Anıtkabir və Cümhuriyyət Muzeyi kimi fəaliyyət göstərən ilk Türkiyə Böyük Millət Məclisi (TBMM) rekord sayda ziyarət edilib.

  Türkiyə Milli Müdafiə Nazirliyi Respublika Günü münasibətilə oktyabrın 28-də Anıtkabiri 1 milyon 182 min 425 nəfərin ziyarət etdiyini və yeni rekordun qırıldığını bildirib: “29 Oktyabr Respublika Günü münasibəti ilə Anıtkabirə axışan və yeni rekord qıran 1 milyon 182 min 425 ziyarətçiyə, sıxlıq səbəbindən içəri keçə bilməyən hər kəsə təşəkkür edirik. 100-cü ildə cümhuriyyətimizin ildönümü, respublikamızın banisi, ali baş komandanımız Qazi Mustafa Kamal Atatürkü və Qurtuluş Savaşı qəhrəmanlarımızı bir daha hörmət və rəhmətlə yada salırıq.”

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy 29 oktyabr Respublika Günündə Cümhuriyyət Muzeyi kimi fəaliyyət göstərən Türkiyə 2-ci Böyük Millət Məclisini 112 min 366 nəfərin ziyarət etdiyini bildirib və sosial media hesabında bunları paylaşıb: "29 oktyabrda Cümhuriyyət Muzeyimizdə böyük bayram şövqü yaşadıq. Respublikamızın yaranmasının 100-cü ildönümündə Cümhuriyyət Muzeyimizdə bütün dövrlərin ziyarətçi rekordu qırıldı. Muzeyimiz 112 min 366 ziyarətçi qəbul edib. Yaşasın Cümhuriyyət."



Әlaqәli Xәbәrlәr