Sarayevoda “Cümhuriyyət” filmi nümayiş olunacaq

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə “Cümhuriyyət” filmi nümayiş olunacaq.

2056696
Sarayevoda “Cümhuriyyət” filmi nümayiş olunacaq
TARİHTE BUGÜN_29 EKİM_TÜRKİYE CUMHURİYETİ

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibəti ilə “Cümhuriyyət” filmi nümayiş olunacaq.

Filmin nümayişləri oktyabrın 27 və 28-də Sarayevodakı Yunus Əmrə İnstitutunun binasında yerli vaxtla saat 19.00-dan etibarən keçiriləcək.

Rejissoru Ziya Öztan olan "Cümhuriyyət" filminin ssenarisi Turkut Özakmana məxsusdur.

“Cümhuriyyət” Türkiye Cümhuriyyətinin ilk illərində baş verən hadisələrdən bəhs etməklə yanaşı, müasir Türkiye Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün şəxsi həyatına da yer verir.



Әlaqәli Xәbәrlәr