İzmirin Şirince kəndi dünyanın ən yaxşı turizm kəndləri sırasındadır

İzmir vilayətinin Selçuk qəsəbəsinə bağlı Şirince kəndi "2023 Dünyanın Ən Yaxşı Turizm Kəndləri" siyahısına daxil olub.

2053568
İzmirin Şirince kəndi dünyanın ən yaxşı turizm kəndləri  sırasındadır
sirince koyu1.jpg
sirince koyu.jpg

İzmir vilayətinin Selçuk qəsəbəsinə bağlı Şirince kəndi "2023 Dünyanın Ən Yaxşı Turizm Kəndləri" siyahısına daxil olub.

Özbəkistanın tarixi Səmərqənd şəhərində davam edən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) 25-ci Baş Assambleyasında “2023-cü ilin ən yaxşı turizm kəndləri” siyahısı açıqlanıb.

Mədəni və təbii sərvətlər, mədəni sərvətlərin dəstəklənməsi və qorunması, iqtisadi davamlılıq, sosial davamlılıq, ətraf mühitin davamlılığı, turizmin inkişafı və dəyər zənciri inteqrasiyası, infrastruktur, sağlamlıq, təhlükəsizlik kimi sahələrdə ən yaxşı kəndləri müəyyən edən qiymətləndirməyə 260 müraciət olub.

Qiymətləndirmələrdən sonra Qazaxıstanın Satı, Özbəkistanın Sentob və Türkiyenin Şirince kəndlərinin də olduğu 54 kənd "2023-cü ilin ən yaxşı turizm kəndləri" siyahısında öz yerini alıb.

Dağların arasında yaşıl bir yamacda tikilmiş, zeytun ağacları ilə əhatə olunmuş daş küçələri, qəfəsli otaqları olan ağ evləri ilə diqqət çəkən və yeni statusu ilə məhəllə olan Şirince kəndi Türkiyenin kənd turizmində qabaqcıl yaşayış məntəqələri sırasında göstərilir.

Xüsusilə yaz aylarında kəndə hər gün 4 minə yaxın insan gəlir.

Efes Qədim Şəhəri, Məryəm Ana və Kuşadası Limanına yaxınlığı ilə turizmin əhəmiyyətli dayanacaqlarından birinə çevrilən və "Dünyanın Ən Yaxşı Turizm Kəndləri" mükafatına layiq görülən Şirincə məhəlləsinin sakinləri verilən mükafatın kəndin şöhrətini dünyaya yayacağına inanırlar.



Әlaqәli Xәbәrlәr