“Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgisi Bakıda

Qeyd edək ki, hər bir rəsm əsərini müşayiət edən etiketdə QR kodunun istifadəsi sayəsində ziyarətçilər müəlliflər haqqında ətraflı məlumat əldə edə bilirlər. “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi oktyabrın 20-dək davam edəcək.

2047673
“Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgisi Bakıda

 

  Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiklərinə həsr olunmuş Türkiyənin SAKÜDER Beynəlxalq İncəsənət Ustaları Birliyinin “Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgisi açılıb.

  Öz ölkələrinin tarixində silinməz iz qoymuş iki irimiqyaslı şəxsiyyət - müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk incəsənətin inkişafına töhfə verərək hər zaman həm incəsənətə, həm də incəsənət ustalarına xüsusi qayğı ilə yanaşıblar.

  Sərgidə Ankara, İstanbul, İzmir, Antalyadan olan 19 rəssam, o cümlədən Asim Yucesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas və Mustafa Pişkin öz əsərlərini nümayiş etdiriblər. Sərgidə həmçinin Azərbaycan ustaları – Xalq rəssamı Arif Hüseynov və məşhur nəqqaş Anar Hüseynovun əsərləri təqdim olunub.

  Qeyd edək ki, hər bir rəsm əsərini müşayiət edən etiketdə QR kodunun istifadəsi sayəsində ziyarətçilər müəlliflər haqqında ətraflı məlumat əldə edə bilirlər. Beləliklə, “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” sərgisi ekspozisiyanın bədii kanvasına müasir səs verməklə yanaşı, “SAKÜDER”in əsas məqsədlərindən biri - Atatürkün vəsiyyət etdiyi mədəni irsi gələcək nəsillərə ötürmək, rəssamlarla tanış etmək və sənətsevərlərin diqqətini onların əsərlərinə cəlb etmək məqsədini daşıyır.

  “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi oktyabrın 20-dək davam edəcək.

 



Әlaqәli Xәbәrlәr