YUNESKO daha 42 yeni obyekti Dünya İrs Siyahısına daxil edib

YUNESKO Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında YUNESKO-nun Ümumdünya İrs Siyahısına 42 yeni ərazi daxil edilib

2042677
YUNESKO daha 42 yeni obyekti Dünya İrs Siyahısına daxil edib

YUNESKO Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında YUNESKO-nun Ümumdünya İrs Siyahısına 42 yeni ərazi daxil edilib, artıq siyahıda olan 5 ərazi isə genişləndirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən seçilmiş 21 ölkənin nümayəndələrindən ibarət YUNESKO-nun Ümumdünya İrs Komitəsi Ümumdünya İrs Siyahısına daxil ediləcək əraziləri araşdırmaq və abidələrin konservasiya vəziyyətini yoxlamaq  üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda toplaşıb. 

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında Ümumdünya İrs Siyahısına 33 mədəni və 9 təbii olmaqla ümumilikdə 42 yeni irs obyekti daxil edilib. Məlumata görə, irs nümunələrindən 15-i Avropada, 12-si Asiyada, 6-sı Afrikada, 6-sı Şimali və Cənubi Amerikada, 3-ü isə Yaxın Şərqdə yerləşir.
Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasının təşkilində əməyi olan təşkilatlar təltif edilib.
YUNESKO-nun Ümumdünya İrs Direktoru Lazare Eloundou Assomo Ər-Riyadda çox səmimi qarşılandıqlarını ifadə edərək, Səudiyyə Ərəbistanına ev sahibliyi etdiyinə və mədəni və təbii irsin qorunmasına verdiyi dəstəyə görə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr