Hollivud ssenaristləri 5 aydır davam edən tətili dayandırdılar, amma ….

Amerika Ssenari Müəllifləri Gildiyasının (WGA) dərc etdiyi yazılı açıqlamada bildirilir ...

2043106
Hollivud ssenaristləri 5 aydır davam edən tətili dayandırdılar, amma ….

 

  Amerika Birləşmiş Ştatlarının Hollivud bölgəsindəki ssenaristlər 5 aydır davam edən tətili dayandırmağa razılaşdılar.

  Amerika Ssenari Müəllifləri Gildiyası (WGA) tərəfindən iş zəmanəti və maaş təminatı tələbi ilə başlayan tətil Kino və Televiziya Prodüserləri Assosiasiyası (AMPTP) ilə əldə olunan ilkin razılaşma nəticəsində başa çatıb.

  WGA-nın dərc etdiyi yazılı açıqlamada bildirilir: “Həmkarlar ittifaqları sədrlərinin tətilin dayandırılması qərarını yekdilliklə qəbul etdik. WGA-nın may ayında iş zəmanəti və maaş təminatı tələbi ilə başladığı və Hollivudda təxminən 65 min aktyor və 11 min 500 ssenarist tərəfindən dəstəklənən tətil ilkin razılaşmadan sonra sona çatdı. AMPTP və ssenaristlər öz işlərinə qayıtdılar”.

  Həmkarlar ittifaqı rəhbərləri tərəfindən yekdilliklə qəbul edilən 3 illik müqavilədə tələb olunan təzminat, iş müddəti və süni intellektə nəzarətlə bağlı maddələr yer alır.

  İlkin razılaşma 2-9 oktyabr tarixləri arasında digər birlik üzvlərinin təsdiqi üçün səsverməyə çıxarılacaq.



Әlaqәli Xәbәrlәr