TRT-nin “Şəbəkədən kənar”ı beynəlxalq şəbəkədə

Sənədli film Beynəlxalq Televiziya İncəsənəti və Elmləri Akademiyası tərəfindən 44-cü Beynəlxalq Emmi Mükafatları müsabiqəsinin “Xəbərlər və aktual hadisələr” kateqoriyasında finala yüksəlib

2041295
TRT-nin “Şəbəkədən kənar”ı beynəlxalq şəbəkədə

 

  “TRT World” kanalının hazırladığı mükafatlı “Şəbəkədən kənar” (Off the Grid) sənədli serialının Ukraynada çəkilmiş “Ukrayna müharibəsi gündəlikləri” (Ukraine Wartime Diaries) bölümü beynəlxalq uğur qazanıb.

  Rusiya və Ukrayna müharibəsi başlayandan mülki şəxslərin yaşadıqlarını göstərən sənədli film Beynəlxalq Televiziya İncəsənəti və Elmləri Akademiyası tərəfindən 44-cü Beynəlxalq Emmi Mükafatları müsabiqəsinin “Xəbərlər və aktual hadisələr” kateqoriyasında finala yüksəlib.

  Türkiyəni təmsil edən “TRT World”ün rəqibləri İngiltərə, Braziliya və İsrail olub.

  Ukraynada çəkilən, Mussin Ennaimi (Mouhssine Ennaimi) və Aleksandr Polia (Alexandre Pauliat) tərəfindən hazırlanan və Hakan Hocaoğlu tərəfindən çəkilən sənədli film müharibənin dağıdıcı üzünü çox təsirli şəkildə tamaşaçılara çatdırmaqla yanaşı, Ukraynada geri çəkilmə ilə mülki insanların həyatındakı dəyişiklikdən bəhs edir.

  TRT-nin baş direktoru Mehmet Zahid Sobacı deyib: "TRT olaraq məqsədimiz xarici dillərdəki yayımlarımızla beynəlxalq arenada özünəməxsus yer tutmaqdır. Biz həm uzaq coğrafiyada, həm də yanımızda baş verənləri izləyir, dünyanın tez-tez qulaqardına vurduğu məsələləri müstəviyə çıxarırıq. “TRT World”ün Ukraynadakı müharibəni, xüsusən də mülki şəxsləri işıqlandıran "Şəbəkədən kənar" sənədli filminin Beynəlxalq Emmi Mükafatına namizəd olması bizim beynəlxalq uğurlarımızdan biridir. Əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm”.

  TRT-nin Beynəlxalq Yayımlardan məsul baş direktor müavini Ömər Faruk Tanrıverdi də "Emmy”yə namizədliyimiz “TRT World”ün beynəlxalq yayımda gəldiyi yerin sübutudur. Zəhmət çəkən dostlarımızı təbrik edirəm" dedi. bəyanat verdi.

  “TRT World” kanalının koordinatoru Bora Bayraktar sözügedən mövzu ilə bağlı "Bu nominasiya jurnalistika və televiziyamızın mühüm KİV kimi tanınması və Ukraynadakı vəziyyəti tam şəkildə əks etdirdiyimizin nəticəsidir”.

  Qeyd edək ki, 44-cü Beynəlxalq Emmi Mükafatları müsabiqəsinin "Xəbərlər və aktual məsələlər" kateqoriyası üzrə mükafatlar sentyabrın 27-də Nyu-Yorkda keçiriləcək mərasimdə sahiblərinə təqdim olunacaq.



Әlaqәli Xәbәrlәr