“Ümumiyyətlə, bura daha çox İran və Azərbaycandan gəlirlər”, C.Almaz

Qış turizmi ilə seçilən və 2025-ci il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtı seçilən Ərzurum bu mövsüm təbii gözəllikləri və tarixi dəyərləri ilə yay aylarında turistlərin populyar bir məkanına çevrilib

2040119
“Ümumiyyətlə, bura daha çox İran və Azərbaycandan gəlirlər”, C.Almaz
erzurum cifte minare.jpg
erzurum cifte minare1.jpg

 

  Qış turizmi ilə seçilən və 2025-ci il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtı seçilən Ərzurum bu mövsüm təbii gözəllikləri və tarixi dəyərləri ilə yay aylarında turistlərin populyar bir məkanına çevrilib.

  Qala, Qoşa (Çifte) Minarəli mədrəsə, Ulu Məscid, Üç Türbə və Yakutiyə mədrəsəsi kimi bir çox tarixi məkana ev sahibliyi edən Ərzurum yerli və xarici turistlərin axınına səbəb olur.

  Ərzurum rayon mədəniyyət və turizm şöbəsinin müdiri Camal Almaz bölgədə Avropa və Asiyadan turistlərin olduğunu bildirərək deyib: “Ümumiyyətlə, daha çox İran və Azərbaycandan gəlirlər, Ərzurum keçid nöqtəsində olduğu, mədəniyyət və yol yaxınlığına görə. Onlardan sonra Almaniya, İngiltərə və Fransa gəlir. Artıq Çin, Koreya və Yaponiyadan da Ərzuruma gəlməyə başlayıblar."



Әlaqәli Xәbәrlәr