Atatürkün anasından bəhs edən film dünya kinoteatrlarında

“Zübeydə, analar və oğullar” film oktyabrın 13-dən Avropa, ABŞ, Mərkəzi Asiya və Yaxın Şərq kinoteatrlarında nümayiş olunacaq

2037047
Atatürkün anasından bəhs edən film dünya kinoteatrlarında

 

  Atatürkün anasının həyatından bəhs edən “Zübeydə, analar və oğullar” filmi oktyabrın 12-22 tarixlərində Toronto Cənubi Asiya Beynəlxalq Film Festivalında (İFFSA) açılış filmi olaraq göstəriləcək.

  Film THY, Türkiyə Sahibkarları və Kanada Peşəkarlar Dərnəyinin dəstəyi ilə oktyabrın 12-də Kanadanın Toronto şəhərindəki “Cineplex Cinemas Courtney Park” zalında pulsuz nümayiş etdiriləcək.

  Filmin rejissoru Cenk Yaz, prodüserləri Nuri Yıldırım və Alper Tosundur.

  Dosent Furkan Kaya, tarixçi Ethem Koca, “Tarix TV”nin baş redaktoru Suat Kozluklu və professor Necmi Ülkerin elmi məsləhətləri ilə çəkilmiş filmin ssenarisini İlber Tekinsoy yazıb.

  Ana Zübeydə obrazını Aslıhan Güner, Mustafa Kamal Atatürkü isə Alican Yücesoy canlandırdığı bədii filmdə həmçinin Devrim Nas, Emre Kınay, Sitare Akbaş, Vilma Elles, Enes Demirkapı, Ali Sağ və Turqay Tanülkü çəkilib.  

  “Zübeydə, analar və oğullar” film oktyabrın 13-dən Avropa, ABŞ, Mərkəzi Asiya və Yaxın Şərq kinoteatrlarında nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr