"Quru otlardan" 96-cı “Oscar” mükafatına namizəd müəyyənləşdi

ABŞ-da keçiriləcək mükafatlandırma mərasimi 2024-cü ilin martında keçiriləcək.

2035199
"Quru otlardan" 96-cı “Oscar” mükafatına namizəd müəyyənləşdi

 

  Türkiyəli rejissor Nuri Bilge Ceylanın "Quru otlardan" filmi (Kuru Otlar Üstüne) Türkiyədən 96-cı “Oscar” mükafatına namizəd olaraq müəyyənləşib.

  Kinematoqraflardan ibarət 15 nəfərlik münsiflər heyəti tərəfindən “Ən yaxşı beynəlxalq film” kateqoriyasında Türkiyə namizədinin müəyyən edilməsi üçün qiymətləndirmə toplantısı keçirilib.

  Kino Peşəkar Dərnəkləri Güc Birliyinə (Sinema Meslek Birlikleri Güç Birliği) müraciət edən 7 filmin baxıldığı yığıncaqda rejissor Nuri Bilge Ceylanın çəkdiyi “Quru otlardan” filmi Türkiyədən “Ən yaxşı beynəlxalq film namizədi” olaraq müəyyənləşib.

  ABŞ-da keçiriləcək mükafatlandırma mərasimi 2024-cü ilin martında keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr