Zəlzələlərdə zərər görən Qaziantep qalası bərpa edilir

Episentri Kahramanmaraşda olan zəlzələlərdə ziyan görən Qaziantep qalası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa edilir.

2034515
Zəlzələlərdə zərər görən Qaziantep qalası bərpa edilir
Gaziantep kalesi-2

Episentri Kahramanmaraşda olan zəlzələlərdə ziyan görən Qaziantep qalası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa edilir.
Fevralın 6-da baş verən zəlzələlər nəticəsində şəhərin simvolik strukturlarından biri olan Qaziantep qalasının bürc və daxili hissələri zədələnib.

Tarixi Əsərlər  və Abidələr Müdirliyi tərəfindən bərpa tenderi edildikdən sonra qruplar işə başlayıb və söküntü nəticəsində qalanın kənarına səpələnmiş daşları götürürlər.

Daşlar, kitabələr və yazılar da daxil olmaqla qruplar tərəfindən təsnif edilir və təkrar istifadə üçün Zeuqma Mozaika Muzeyinin anbarında mühafizə edilir.

Qaziantep Muzeyinin direktoru Özgür Çomak bildirib ki, zəlzələlərdən sonra şəhərdə araşdırılan ilk tikili Qaziantep qalası olub. Çomak, zəlzələlərdən sonra qala ətrafında tədbir gördüklərini söyləyib.



Әlaqәli Xәbәrlәr